AZ

Lady Gaga konsertində az qala terror aktı baş verdi: 2 milyon insan bomba partlatmaq istədi

Braziliya polisi Rio-de-Janeyrodakı Kopakabana çimərliyində Ledi Qaqanın konserti zamanı baş verə biləcək qanlı terror aktının qarşısını alıb. Terrorçular iki milyonluq izdiham arasında partlayıcı qurğuları işə salmağı planlaşdırıblar.

Bu barədə BBC xəbər verir.

Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi, həmçinin bu hadisədə iştirak edən yeniyetməni saxlayıblar. Şübhəlilər konsert zamanı partlayışlar törətmək üçün iştirakçıları cəlb ediblər. Onlar əsasən uşaqlara, yeniyetmələrə və LGBTQ+ icmasına qarşı nifrət nitqi yayırlar. Terror aktının məqsədi sosial şəbəkələrdə populyarlıq qazanmaq olub.

Şübhəlilər hüquq-mühafizə orqanlarının yeniyetmələr arasında zorakılığı təşviq edən onlayn qrupları aşkar etməsindən sonra başladılan "Saxta canavar" kod adlı xüsusi əməliyyat çərçivəsində saxlanılıb.

Kütləvi təhlükəsizlik əməliyyatında 5000 təhlükəsizlik işçisi iştirak etdi və ziyarətçilərin metal detektorlardan keçməsi tələb olundu. Tədbirdə asayişi qorumaq üçün dronlardan və üz tanıma funksiyasına malik kameralardan da istifadə edilib.

Ledi Qaqa sonuncu dəfə 2012-ci ildə Braziliyada çıxış edib. O, səkkizinci albomu "Mayhem"ə dəstək olaraq Rio-de-Janeyrodakı Kopakabana çimərliyində səhnəyə çıxıb.

Konsert Rionun iqtisadiyyatını gücləndirmək məqsədilə şəhər tərəfindən ödənilib və 100 milyon dollar gəlir gətirəcəyi gözlənilirdi. Üstəlik, konsertə giriş pulsuz idi və nəticədə konsertə 2 milyon insan gəldi.

Əziz Mustafa , Oxuməni.az

Seçilən
0
oxumeni.az

1Mənbələr