
Çexiya və tərəfdaş ölkələr Ukraynaya ağır döyüş sursatlarının tədarükünün uzadılması imkanını nəzərdən keçirir.
Reyting.az xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel Praqada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra “Bloomberg” agentliyinə açıqlamasında danışıb.
Petr Pavel sursat tədarükünün 11 ölkə tərəfindən maliyyələşdirilən beynəlxalq təşəbbüs olduğunu qeyd edib:
“Layihə çərçivəsində Ukrayna 2026-cı ilə qədər 1,8 milyon mərmi almalıdır. 2025-ci ildə münaqişənin sülh yolu ilə həlli şansı sıfıra bərabərdir”.
E. KAMAL