Çilidə 5,1 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.
Publikaaz xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Salamanka şəhərindən (əhalisi: 13,2 min nəfər) cənub-şərqə doğru 18 km məsafədə yerləşib, yeraltı təkanların ocağı 79 km dərinlikdə olub.
Hazırda ölənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb.