AZ

Yəmən husiləri İsraili havadan blokadaya almaq niyyətindədirlər

Yəmən husiləri “Ben Qurion” da daxil olmaqla hava limanlarına zərbələr endirməklə İsrailin tam hava blokadasına nail olmaq niyyətində olduqlarını bildiriblər...

Poliqon xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının nümayəndələri öz Telegram kanallarında məlumat veriblər.

Husilər beynəlxalq hava yollarını “təyyarələrinin və müştərilərinin təhlükəsizliyini qorumaq” üçün İsrail hava limanlarına bütün uçuşları ləğv etməyə çağırıblar.

Qeyd edək ki, ötən həftə “Ben Qurion” hava limanı yaxınlığında husilərin atdığı raket partlayıb. “Ənsar Allah” sözçüsü bildirib ki, husilər hava limanına hipersəs ballistik raketlə hücum ediblər.

Husilərin hücumları İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək planları ilə əlaqələndirilir. Aprelin 12-də İsrailin müdafiə naziri İsrael Kats mülki insanları qarşıdan gələn hərbi əməliyyatların keçiriləcəyi əraziləri boşaltmağa çağırıb. Baş nazir Benyamin Netanyahu döyüşləri oktyabr ayına qədər bitirməyi planlaşdırdığını bildirib.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr