ABŞ Prezidenti Donald Tramp müəyyən məqamda Çinə qarşı idxal rüsumlarını azaldacağını, çünki bu addım olmadan Vaşinqton və Pekinin bir-biri ilə biznes apara bilməyəcəklərini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Amerika lideri “NBC News” telekanalına müsahibəsində danışıb.
“Hansısa məqamda mən onları (rüsumları – red.) azaldacağam, çünki əks halda biz onlarla biznes apara bilməyəcəyik”, – o, müvafiq suala cavabında bildirib, lakin belə bir qərar qəbul edə biləcəyi zaman çərçivəsini göstərməyib.