"Qalatasaray" klubu Türkiyə Super Liqasında 2024-25 mövsümü üzrə çempion olmağa daha da yaxınlaşıb. 

Offsideplus.az xəbər verir ki, Türkiyə Super Liqasının XXXIV turunda "Fənərbağça" "Beşiktaş"a 0:1 hesabı ilə uduzub. Növbəti turda "sarı-lacivərtlər" "Başakşehir"ə qarşı oyunda xal itirsə və "Qalatasaray" "Trabzonspor"a qarşı oyunda qələbə qazansa, çempionluğunu mövsümün bitməsinə 3 tur qalmış elan edəcək. 

Qeyd edək ki, hazırda Türkiyə Super Liqasında turnir cədvəlində "Cim-Bom" 83 xalla liderdir, "Fənərbağça" isə 75 xalla ikinci pillədədir.