“Report”un Qərb bürosunun məlumatına görə, Bakı – Qazax magistral yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində minik avtomobilləri toqquşub.
Qəza nəticəsində M. Əlizadə (1998), G. Məmmədova (1970), V. Abbasov (1977), N. Məmmədov (1989), R. Əfəndiyev (1997) yaralanıblar. Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.