AZ

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyəli aktyor Necip Naşit Özcan 68 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Fevralın 27-də beyin qansızması keçirən aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, “Yeşilçam”da unudulmaz rolları ilə yadda qalan Adile Naşitin qardaşı oğlu idi.

Necip Naşit Özcan 18 serial və 4 filmdə rol alıb. O, “Kurtlar Vadisi Pusu”da “Brandon” obrazını canlandırıb.

Seçilən
0
50
qafqazinfo.az

10Mənbələr