"Bavariya" klubu Almaniya Bundesliqasında sezonun başa çatmasına 2 tur qalmış, çempionluğunu rəsmiləşdirib. 

Offsideplus.az xəbər verir ki, XXXII turda münhenlilərin ən yaxın izləyicisi "Bayer" (Leverkuzen) "Frayburq" səfərində xal itirib (2:2). Bununla da, Vinsent Kompaninin baş məşqçisi olduğu "Bavariya" rəqibini 8 xal qabaqlayaraq, 2024-25 mövsümü üzrə Almaniya çempionu olub. 

Bundan əlavə, Harri Keyn peşəkar karyerasında ilk titulunu qazanıb. İngilis hücumçu titulu "Biz çempionuq, sona qədər mübarizə aparacağıq" sözlü əfsanəvi nəğməni oxuyaraq qeyd edib.

Videonu təqdim edirik: