Küçələr qurunt suyu ilə dolub daşır... Sakinlər illərdir qurunt suları ilə kanalizasiya suyunun bir birinə qarışdığı küçədə yaşayırlar...
Xezerxeber.az xəbər verir ki, görüntülər Sabunçu rayonu Zabrat-1 qəsəbəsi, Muxtar Aşurov küçəsindəndir.
Sakinlər iddia edir ki, təkçə yaşadıqları məhəllələr deyil evlərinin zirzəmisi və həyətləri də qurbağa gölünə çevrilib..
Onlar üzləşdikləri problemlə bağlı rəsmi qurumlara dəfələrlə müraciət ediblər. Lakin mənzərə dəyişməyib.
İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən sorğumuza cavab olaraq bildirldi ki, qeyd olunan ünvanda tullantı su şəbəkəsi mövcud deyil. Ərazinin yaxınlığından da kanalizasiya şəbəkəsi keçmir. Bu səbəbdən də yığılmış suyun çəkilib yönləndirilməsi imkansızdır. Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: