Xəbəri olmadan adına kredit götürüldüyünü iddia edir...
Xezerxeber.az xəbər verir ki, hadisə İsmayıllı rayon sakini Emin Qırxlarovun başına gəlib. Onun sözlərinə görə, 2014-cü ildə 3 nəfər qurup şəkildə İsmayıllı rayonuda fəaliyət göstərən "Aqrarkredit bank"dan 4500 manat kredit götürüb. Həmin 3 nəfərin arasın da Eminin də adı olub. Kreditin gçtürülməsindən 11 il ötsə də, Emin Qırxlarovun bundan xəbəri olmayıb. Zərərçəkmiş bunu yalnız bu ilin mart ayında maşını alarkən balansından 200 manat tutulduqdan sonra bilib.
Emin Qırxlarovun adına məhkəmə qətnaməsi də gəlib. Lakin, orada ata adı səhv yazılıb.
O, bildirir ki, 2014 -cü ildən bəri bir dəfə də olsun ona xəbərdarlıq gəlməyib. Adına kredit götürüldüyünü də maaşından pul tutulanda öyrənib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: