1981-ci il təvəllüdlü F.H. ad-soyadlı qadın Bakıda yaşayan və rayona qonaq gəlmiş qohumuna məxsus "Mitsubishi Pajero” markalı avtomobilə qəsdən zərər yetirib. Naməlum səbəblərdən F.H avtomobilin bəzi hissələrini daş parçası ilə cızıb. Nəticədə avtomobil sahibinə 1000 manat məbləğində maddi ziyan dəyib.
Övladlarının tələbə olduğunu bildirən təqsirləndirilən qadın hadisəni qohumu ilə küsülü olduğu üçün törətdiyini deyib.