Dünya futbolunun “ulduzu” Devid Bekhemin 50 yaşı tamam olub. Viktoriya Bekhem həyat yoldaşının yubileyini sosial media hesabında paylaşdığı romantik video ilə təbrik edib. Devid Bekhem və modelyer həyat yoldaşı Viktoriya Bekhem 1999-cu ildən evlidirlər. Bruklin, Romeo, Harper və Kruz adlı dörd övladı olan məşhur cütlük xoşbəxt ailə həyatı sürdüklərini daim vurğulayır, sevgilərini bəyan edirlər.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Viktoriya Bekhem 50 yaşı tamam olan həyat yoldaşına sosial şəbəkə hesabında xoş sözlər yazıb. Hazırda ABŞ-nin "İnter Mayami" futbol komandasının prezidenti olan Devid Bekhemə yazdığı mesajlarda Viktoriya Bekhem bu qeydləri edib: “Ad günün mübarək, hər şeyim. Mənim ən yaxşı dostum, ruh yoldaşım və ömürlük rəqs yoldaşım. Mahnıda deyildiyi kimi, biz bir nəfər kimi başlayırıq və bitiririk. Biz əbədi olaraq aşiq oluruq. Səni sevirəm''. Devid Bekhem bu yaxınlarda 51 yaşı tamam olan həyat yoldaşı Viktoriya Bekhemin doğum günü ilə bağlı xüsusi paylaşım edib. 87,9 milyon izləyicisi olan Bekhem sevən paylaşımına 614 mindən çox bəyənmə gəlib. David Bekhem həyat yoldaşının ad günü yazısına aşağıdakı qeydi əlavə edib: "Hamımızın arzulaya biləcəyimiz ən gözəl həyat yoldaşı, ana və ən yaxşı dostumuz, doğum gününüz mübarək. Ən gözəl gününüz olsun, çünki siz buna layiqsiniz və biz sizi çox sevirik".