Usta sənətçi Adilə Naşitin bacısı oğlu, 68 yaşlı aktyor Naşit Özcan beyin qanaması keçirərək xəstəxanaya yerləşdirilmişdi.
Publika.az xəbər verir ki, daha sonra Naşit Özcan süni nəfəs aparatına qoşulmuş və ziyarət qadağası tətbiq edilmişdi.
Film-San Vəqfi, Naşit Özcanın vəfat etdiyini açıqlayıb:
"Aktyor Naşit Özcan'a Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı diləyirik..."
Necip Naşit Özcan 1 yanvar 1957-ci ildə İstanbulda anadan olub.