AZ

Xaçmazda ağır qəza: 4 nəfər xəsarət aldı

Ajans.az xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Yaquboba kəndi ərazisindən keçən hissəsində "Daevo Neksia" markalı avtomobil aşıb. Qəza nəticəsində 4 nəfər Xaçmaz rayonu Yalama kənd sakinləri ağır xəsarətlər alıblar. Onlardan biri azyaşlıdır. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
9
Ajans.az

9Mənbələr