Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Yaquboba kəndi ərazisindən keçən hissəsində "Daewoo Nexia" markalı avtomobil aşıb. Qəza nəticəsində 4 nəfər Xaçmaz rayonu Yalama kənd sakinləri ağır xəsarətlər alıblar. Onlardan biri azyaşlıdır.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.