AZ

Renat oynadı, komandası 1 xal qazandı

Futbol üzrə Polşa çempionatında XXXI turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvləri Rahil Məmmədovla Renat Dadaşovun formasını geyindiyi "Radomyak" səfərdə "Pyast"ın qonağı olub. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Renat Dadaşov da bu matçın iştirakçısı olub.26 yaşlı forvard 75-ci dəqiqədə meydana daxil olub. Rahil Məmmədovun adı oyunun iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, XXXI turdan sonra 37 xal toplayan "Radomyak" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Arda Güler İtaliya yolunda

Baş məşqçi oyun zamanı huşunu itirib

“Real” ukraynalı ilə yollarını ayırır

“Real” ukraynalı ilə yollarını ayırır

“Barsa” ilə oyun öncəsi “İnter”də ciddi itki

Seçilən
0
3
apasport.az

4Mənbələr