Ölkə bütövlükdə Qərblə cəbhə qarşıdurmasına hazır deyildi.
2014-cü ildə Rusiya bütün Qərb dünyasına qarşı təkbaşına mübarizə aparmağa hazır deyildi və məhz buna görə həmin vaxt Ukraynada hərbi əməliyyata başlamaq real görünmürdü.
Operativ Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
“2014-cü ildə bu, demək olar ki, mümkünsüz idi. Ölkə bütövlükdə Qərblə cəbhə qarşıdurmasına hazır deyildi”, – Putin vurğulayıb.
O qeyd edib ki, hazırda Rusiya faktiki olaraq bütün Qərbə qarşı təkbaşına mübarizə aparır və bu, vəziyyətin belə inkişaf edə biləcəyini əvvəlcədən ciddi şəkildə nəzərə almağı tələb edirdi.