"Evimizdə iki maşın var idi. Termosun içindəki şüşəni qırırdıq, içinə pul yığırdıq. Atam deyirdi, şüşələri basdırın, görməsinlər. Gecə işığı söndürüb məni evin damına qaldırırdılar. Yığırdım pulları ora".
Yenisabah.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Həftənin qonağı" verilişində deyib. Müğənni atasının var-dövlətindən danışıb:
"Həmin vaxt pulu xərcləyə bilmirdik. Evə ikinci soyuducunu ala bilmirdik. Ət qalıb iylənirdi. 1988-ci ildə Bakıya gəldim. Heç vaxt kirayə qalmamışam. Həmin vaxt məcbur bir rus qadınla nikaha girdim ki, Bakıda ev alım və qeydiyyata düşüm".
Telegram kanalımız