AZ

Qəzzada 52 500-dən çox insan HƏYATINI İTİRİB

2023-cü ilin oktyabrından Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 52 500-ü ötüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı anklavın Səhiyyə Nazirliyi öz Telegram kanalında yayıb.

"2023-cü ilin oktyabr ayından Qəzzada hərbi əməliyyatlarda ölənlərin sayı 52 535 nəfərə çatıb, 118 491 nəfər yaralanıb", - məlumatda deyilir.

Nazirlik əlavə edib ki, son 24 saat ərzində Qəzza xəstəxanalarına 40 ölü və 125 yaralı yerləşdirilib.

Bizim.Media

Seçilən
0
6
bizim.media

10Mənbələr