Azərbaycan millisinin üzvü Ozan Can Kökçü Finlandiyanın HJK klubundan ayrılıb.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı vinger öz istəyi komandadan gedib.
Onun 2026-cı ilin iyununa qədər olan müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, Ozan Can Kökçü 2024-cü ilin yayında Niderlandın “Eyndhoven” klubundan transfer edilmişdi. O, HJK-in heyətində ümumilikdə 26 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.