AZ

“Real” Luninə əvəzləyici tapdı

“Real” “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqanı ehtiyat qapıçı Andrey Luninin potensial əvəzləyicisi kimi nəzərdən keçirir.

Msport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Bildirilib ki, ukraynalı qolkiper yayda Madrid klubunu tərk etmək niyyətindədir. 30 yaşlı Lunin ona verilən oyun vaxtından narazıdır və artıq “Real” rəhbərliyinə qərarını çatdırıb. İspaniya nəhəngi yaranacaq boşluğu Kepa ilə doldurmağa çalışacaq.

Qeyd edək ki, Kepa 2023-24 mövsümündə “Real”da icarə əsasında çıxış edib. O, hazırda icarə əsasında “Bornmut”un formasını geyinir. 30 yaşlı qolkiperin londonlularla müqaviləsi gələn ilin yayına qədərdir.

Seçilən
0
msport.az

1Mənbələr