AZ

Qudiyalçaydan sel keçir - Yenilənib

Mayın 4-ü saat 12:00-a olan məlumatına əsasən hazırda ölkənin əksər çaylarında sululuq artıb...

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, yağan leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqaz ərazisindən axan Qudiyalçaydan sel keçir.

***

Avtomat hidroloji stansiyaların mayın 4-ü saat 11:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 14 sm, Qarasuçay-Zərdabda 32 sm, Vəlvələçay-Afurcada 35 sm, Qudiyalçay-Qımılda 20 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəng və Tutqunçay-Comərddə 3 sm, Zabuxçay-Bozluda 35 sm, Oxçuçay-Bürünlüdə 34 sm, Həkəriçay-Balasoltanlıda 3 sm, Quruçay-Böyük Tağlarda 2 sm və Araz çayının yuxarı axımında 61 sm artım qeydə alınıb.

Transsərhəd çaylarında Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 29 sm artıb, su sərfi 710 m³/san normanın 99%, Qanıx-Cəlayirdə 4 sm artıb  su sərfi 175 m³/san normanın 88% təşkil edir.

***

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, avtomat hidroloji stansiyaların mayın 04-ü saat 9:00-a olan məlumatına əsasən transsərhəd çaylardan Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 29 sm, Qanıx-Cəlayirdə 4 sm, Kür-Yevlaxda 5 sm, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 14 sm, Qarasuçay-Zərdabda 32 sm, Vəlvələçay-Afurcada 35 sm, Qudiyalçay-Qımılda 20 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Gəncəçay-Zurnabadda 1 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəng və Tutqunçay-Comərddə 3 sm, Zabuxçay-Bozluda 35 sm, Oxçuçay-Bürünlüdə 34 sm, Həkəriçay-Balasoltanlıda 3 sm, Quruçay-Böyük Tağlarda isə 2 sm artım qeydə alınıb.

Poliqon.info 

Seçilən
0
7
poliqon.info

9Mənbələr