Türkiyənin Kütahya vilayətində yeraltı təkanlar qeydə alınıb.
Bu barədə məlumatı Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Məlumata görə, zəlzələ vilayətin Simav rayonunda baş verib. Yeraltı təkanların maqnituda gücü 4 bal təşkil edib.
Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə hələlik məlumat verilməyib.
Əlavə araşdırmalar aparılır.