Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük MillətMəclisinin (TBMM) sədri Numan Kurtulmuşa TBMM-in sədr müavini SırrıSürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubuünvanlayıb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Məktubda Milli Məclisin sədri mərhumun ailəsinə və yaxınlarına,TBMM-in üzvlərinə şəxsən öz adından və Milli Məclisin deputatlarıadından başsağlığı verib, mərhuma Allahdan rəhmət diləyib.