AZ

Milli Müdafiə Universiteti Bakı Marafonunda: “Küləyə qalib gəl!”



Milli Müdafiə Universiteti, Heydər Əliyev adına Hərbi İnstitutun kursant heyətinin də iştirakı ilə bu ilki Bakı Marafonunda qürurla təmsil olunur. “Küləyə qalib gəl” şüarı altında yarışan kursantlar və zabit heyəti komandə ruhunu, vətənpərvərliyi və əzmkar iradəni bir daha nümayiş etdirirlər.

Newscenter.az xəbər verir ki, “Fəxr edəcəyin gələcəyi seç!” çağırışı ilə yola çıxan bu gənclər yalnız məsafəni deyil, həm də fiziki və mənəvi sərhədləri aşaraq Azərbaycan Ordusunun güclü, müasir və elit gələcəyini təcəssüm etdirirlər.

Milli Müdafiə Universiteti bu gün ölkəmizin hərbi təhsil sistemində aparıcı mövqedə olan, beynəlxalq səviyyəli mütəxəssislər hazırlayan modern təhsil mərkəzidir. Dövlət hesabına təhsil almaq imkanı, Türkiyə, Rusiya, İtaliya, Almaniya və Koreya kimi ölkələrdə təcrübə və ixtisasartırma proqramları ilə bu universitet gələcəyin hərbi liderlərini yetişdirir.


Süleyman
Seçilən
0
1
newscenter.az

2Mənbələr