AZ

Saul Alvares mütləq dünya çempionu titulunu geri qaytarıb

Meksikalı boksçu Saul Alvares kubalı Uilyam Skallı məğlub edərək orta çəki üzrə mütləq dünya çempionu titulunu geri qaytarıb.

Teleqraf xəbər verir ki, Ər-Riyadda 76,2 kq çəki dərəcəsində baş tutan döyüş 12 raund davam edib.

Alvarez Dünya Boks Şurası (WBC), Dünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatının (WBO) dünya çempionu titullarını qoruyub və Beynəlxalq Boks Federasiyasının (IBF) kəmərini Skulldan alıb.

Qeyd edək ki, 34 yaşlı məşhur boksçu keçirdiyi 67 döyüşün 63-də qələbə qazanıb. 32 yaşlı kubalı isə karyerasında ilk məğlubiyyətini alıb.

İdman.biz

Seçilən
0
5
idman.biz

6Mənbələr