Bakı. Trend:
Respublika ərazisində bəzi çaylarda sululuq artıb.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.
Qeyd edilib ki, avtomat hidroloji stansiyaların mayın 04-ü saat9:00-a olan məlumatına əsasən transsərhəd çaylardan Kür çayınınQıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 29 sm, Qanıx-Cəlayirdə 4sm, Kür-Yevlaxda 5 sm, Böyük Qafqaz ərazisindən axanƏyriçay-Ağyazıda 14 sm, Qarasuçay-Zərdabda 32 sm,Vəlvələçay-Afurcada 35 sm, Qudiyalçay-Qımılda 20 sm, Kiçik Qafqazərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Gəncəçay-Zurnabadda 1 sm,Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəng vəTutqunçay-Comərddə 3 sm, Zabuxçay-Bozluda 35 sm, Oxçuçay-Bürünlüdə34 sm, Həkəriçay-Balasoltanlıda 3 sm, Quruçay-Böyük Tağlarda isə 2sm artım qeydə alınıb.