AZ

Britaniyada terror aktı hazırlamaqda şübhəli bilinən iranlılar saxlanılıb

Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları terror aktı hazırlamaqda şübhəli bilinən 5 nəfəri saxlayıb, onlardan 4-ü İran vətəndaşıdır.Bu barədə London Polisinin Mətbuat xidməti məlumat yayıb.

"Terrorla mübarizə üzrə Polis İdarəsi aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində terror cinayətlərində şübhəli bilinən 5 nəfəri saxlayıb. Onların hamısı terror aktı hazırlamaqda şübhəli bilinir. Həmin şəxslərdən 4-ü iranlıdır", - polisin açıqlamasında deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq çərçivəsində London, Suindon və Böyük Mançesterdə axtarışlar aparır.

Seçilən
0
6
anews.az

7Mənbələr