Bakı. Trend:
Amerikalı kolleksiyaçının 2011-ci ildə Mərakeşdən aldığımeteoritin tədqiqi nəticəsində dəyərli məlumatlar əldə edilib.
Trend-inməlumatına görə, “Northwest Africa 7030” adlı meteoritin uzunmüddət davam edən tədqiqatı nəticəsində Mars planetində suyunformalaşması ilə bağlı düşüncələr dəyişib.
Laboratoriya tədqiqatı zamanı meteoritdə 4,45 milyon il yaşıolan sirkonium aşkar edilib. Bu da planetin yaşı ilə təxminəneynidir. 10 illik tədqiqat zamanı başqa maraqlı fakt da ortayaçıxıb. Məlum olub ki, bu meteoritdə olan suyun miqdarı digər Marsmənşəli meteoritlərdən 10 dəfə çoxdur. Cisimdə həmçinin, dəmir,alüminium və natrium da mövcuddur. Bu da sirkoniumun maye mühitdə4,45 milyon il əvvəl kristallaşdığını göstərir.
İndiyədək Marsda suyun sonradan əmələ gədiyi düşünülsə də, butədqiqatdan sonra yanaşma dəyişib. İndi ehtimal olunur ki, qırmızıplanetdə su elə onun yarandığı dövrdən mövcuddur.