AZ

Super Liqa: “Qalatasaray” “Sivasspor”u 4 qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Alanyaspor” – “Kayserispor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Rizəspor” doğma meydanda “Qaziantep”ə 2 cavabsız qolla qalib gəlibsə, lider “Qalatasaray” da “Sivasspor”u böyük hesabla məğlub edib. Altı qolun qeydə alındığı “Hatayspor” – “Başakşəhər” matçında isə qonaqlar inamlı qələbəyə seviniblər.

34-cü turun qalan görüşləri mayın 4-də və 5-də keçiriləcək.

Türkiyə, Super Liqa
34-cü tur

2 may

Antalyaspor – Konyaspor 1:0
Qol: R.Safuri, 62.

3 may

Alanyaspor – Kayserispor 1:1
Qollar: Attama, 30-öz qapısına – R.Çivelek, 52.

Rizəspor – Qaziantep 2:0
Qollar: Sou, 77. Olavoyin, 90+4.

Qalatasaray – Sivasspor 4:1
Qollar: L.Torreyra, 9. Osimhen, 15; 31. B.A.Yılmaz, 21.

Hatayspor – Başakşəhər 2:4
Qollar: Strandberq, 4. Butobba, 56 – Pyontek, 9. Y.Sarı, 30. Brniç, 82. Fiqeyredo, 90+1-pen.

4 may

17:00. Samsunspor – Eyüpspor
20:00. Adana Dəmirspor – Göztəpə
20:00. Fənərbağça – Beşiktaş

5 may

21:00. Kasımpaşa – Trabzonspor

Seçilən
0
2
arena.az

6Mənbələr