AZ

Ərdoğan Bakı Ali Neft Məktəbinin tələbərinə mükafat verdi - Texnofest 2025-FOTO/VİDEO

Bakı Ali Neft Məktəbinin (BANM) 2 komandası TEKNOFEST-2025 yarışmasının final mərhələsində qızıl və bürünc medal qazanaraq Ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən "Texnofest 2025"də iştirak edən BANM komandası iki nominasiyada qalib olub.
 

Belə ki, yarışmanın final mərhələsində BANM-nin "Qızılqaya“ komandası "Texnologiyalar” kateqoriyası üzrə birinci yer qazanıb. Universitetin "Xudafərin" komandası isə “Tədqiqat Layihələri – Ətraf Mühit və Enerji” kateqoriyası üzrə üçüncü yer qazanıb.


BANM-ın yetirmələrinə mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan təqdim edib.




Bizim.Media

Seçilən
0
4
bizim.media

5Mənbələr