AZ

“Əfsuslar olsun ki, yenə heç-heçə etdik” – Vasili Berezutski

“Birinci hissədə bərabər səviyyəli oyun keçdi. Amma ikinci yarıda üstünlük bizim tərəfimizdə idi. Rəqibə daha çox təzyiq edirdik. Qollar vurmaq üçün şanslarımız oldu. Əfsuslar olsun ki, yenə heç-heçə etdik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski  “Araz Naxçıvan” oyunu sonrası deyib. O, daha sonra hakimıə etirazdan sarə vərəq alması barədə danışıb:

Əlbəttə ki, sarı vərəqələr də oyunun bir hissəsidir. Yəqin ki, aqressiv şəkildə qışqırmışam. Amma elə deyildi. Sadəcə demək istəyirdim ki, epizodda qayda pozuntusu yox idi”.

Seçilən
0
2
idmanxeber.az

3Mənbələr