AZ

SON DƏQİQƏ: Netanyahu Azərbaycana səfərini TƏXİRƏ SALDI


İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycana planlaşdırdığı səfərini təxirə salıb.

News24.az xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb.

Qeyd edilib ki, Baş nazir Suriya və Qəzza zolağında təhlükəsizlik sahəsində baş verən hadisələr fonunda belə qərar qəbul edib.

"Qəzza zolağında və Suriyada baş verən hadisələr fonunda, həmçinin sıx siyasi və təhlükəsizlik qrafikinə görə, Baş nazir Netanyahu Azərbaycana səfərini daha sonrakı tarixədək təxirə salmaq qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edir və iki ölkə arasındakı isti münasibətləri yüksək qiymətləndirir", - deyə Baş nazirin ofisindən bildirilib./publika

Seçilən
0
2
news24.az

9Mənbələr