"Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 33-cü turunda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında deyib: Birinci hissədə bərabər səviyyəli oyun keçdi. Amma ikinci hissədə üstünlük bizim tərəfimizdə idi. Rəqibə daha çox təzyiq edirdik. Qollar vurmaq üçün şanslarımız oldu. Əfsuslar olsun ki, yenə heç-heçə etdik".
Mütəxəssis sarı vərəqə aldığı epizodu belə şərh edib: "Sarı vərəqələr də oyunun bir hissəsidir. Yəqin ki, aqressiv şəkildə qışqırmışam. Amma elə deyildi. Sadəcə demək istəyirdim ki, epizodda qayda pozuntusu yox idi".