AZ

Lizinqlə avtomobil almağın çətinlikləri nədir? -

Çox sayda vətəndaş lizinqlə avtomobil almaqdan çəkinir. Bu, son illərdə müşahidə olunan ümumi tendensiyalardan biridir. İnsanlar bu üsulla nəqliyyat vasitəsi əldə etməyə maraqlı olsalar da, bir çoxu bu prosesə yaxın durmur və alternativ yollar axtarmağa üstünlük verir. Bəs buna səbəb nədir?Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına (AADA) sədri Eyyub Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, bizdə lizinqlə avtomobil əldə etmək üçün vətəndaşın fərdi sahibkarlıq subyekti kimi VÖEN açması tələb olunur və bu da əlavə baş ağrısına çevrilib. Ekspert qeyd edib ki, hər gün hesabatlar, sənədləşmə və digər prosedurlar insanı yükləyir. Bu, əsas problemdən biri olmasa da, vətəndaşları bu prosesdən çəkindirir:"Bundan əlavə, burada faiz nisbətləri məsələsi var. Faizlərin yüksək olması ciddi narazılıq doğurur. Fikrimcə, əslində, lizinq mexanizmi ölkəmizdə, təəssüf ki, adının verdiyi məna ilə tam uyğun gəlmir. Əgər biz beynəlxalq praktikaya nəzər salsaq, lizinq necə olmalıdır, ondan hansı formada istifadə edilir, bunu görərik. Lakin ölkəmizdə tətbiq olunan lizinq sistemi bu anlayışdan uzaqdır və vətəndaşların narazılığı da məhz buradan qaynaqlanır"."Yüksək faizlər, aylıq ödənişlərin həddindən artıq olması, ilkin ödəniş tələbləri və digər şərtlər vətəndaş üçün ağır gəlir. Xüsusilə də avtomobil lizinqi ilə əldə etmək istəyən şəxsdən mütləq şəkildə VÖEN açmasının tələb olunması əlavə diskomfort və çətinlik yaradır", - deyə E.Əliyev əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az


Seçilən
0
1
metbuat.az

10Mənbələr