BAKI, 3 may. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan” "Sabah”ı qəbul edib.
FIFA referisi Kamal Umudlunun idarə etdiyi qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Muxtar Respublika təmsilçisinin qolunu 20-ci dəqiqədə Ülvi İsgəndərov vurub. “Bayquşlar”da isə 43-cü dəqiqədə Vensan Til fərqlənib.
Bununla da, “Araz-Naxçıvan” xallarının sayını 55-ə çatdıraraq üçüncü pillədəki mövqeyini möhkəmlədib. “Sabah” 41 xalla 5-cidir.
Qeyd edək ki, turun digər oyunlarında “Zirə” evdə “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib, “Şamaxı” isə “Səbail”lə heç-heçə edib.