AZ

Şəhərin mərkəzində aparılan söküntü ətrafa təhlükə saçırVİDEO

Bina sökülür, daşları ətrafdakı tikililərin üzərinə tökülür... 5 mərtəbli binada aparılan söküntü işləri ərazidəki sakinlərin narahatlığına səbəb olub...

Xezerxeber.az xəbər verir ki, söhbət Nəsimi rayon Əli bəy Hüseynzadə 75 ünvanından gedir. Sökülən binaya bitişik tikilidə iaşə obyekləri fəaliyyət göstərir.

Sakinlərin sözlərinə görə, təhlükəsizlik məqsədilə sədd çəkilsə də, söküntü zamanı daş və qalıqlar ətrafa tökülür.

Digər şikayətçilər də təhlükəli vəziyyətlə üzləşdiklərini deyirlər.

Məsələ ilə bağlı "Xəzər Xəbər"ə açıqlama verən tiknti şirkətinin əməkdaşı bilirdi ki, hadisəyə səbəb olan usta cəzalandırılıb.

O da qeyd edildi ki, ərazidə ərazidə təhlükəsizlik tədbirləri gücləndirləcək. Təhlükəsizlik səddi yenidən qurulacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
0
xezerxeber.az

1Mənbələr