Rusiya Ukraynaya atəşkəslə bağlı təklifləri ilə Kiyevin niyyətini sınaqdan keçirir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Pasxa və mayın 8, 9 və 10-u üçün elan olunan atəşkəs Ukraynanın uzunmüddətli davamlı sülh baxımından yollar axtarmağa nə qədər hazır olduğunu göstərəcək.