AZ

“Beşiktaş” “Fənərbağça” ilə oyuna ciddi itkilərlə ÇIXACAQ

"Beşiktaş" Türkiyə Super Liqasının 34-cü turu çərçivəsində səfərdə "Fənərbaxça"nın qonağı olacaq.

Bizim.Media xəbər verir ki, "qara qartallar" İstanbul derbisinə ciddi itkilərlə çıxacaq.

Müdafiəçilər Emirhan Topçu, Qabriel Paulista, Feliks Udoxay, Necip Uysal, Baxtiyor Zaynutdinov, yarımmüdafiəçilər Elan Rikardo və Ernest Muçi zədəlidir. Bu futbolçular derbidə komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
3
bizim.media

4Mənbələr