
ABŞ, Suriyanın şərqində yerləşən Deyr-əz-Zor vilayətindəki Əl-Omar və Konoko neft yataqlarından öz hərbi qüvvələrini çıxarıb.Bu barədə Al Arabiya məlumat yayıb.Məlumata görə, Amerika ordusu geri çəkilmə üçün İraq Kürdüstanından gəlmiş onlarla yük maşınından istifadə edib.“Yük maşınları hərbi texnika, avadanlıq və ağır silahlar daşıyırdı və Beynəlxalq Koalisiyanın Mülki İşlər İdarəsinin müşayiəti ilə hərəkət edirdi”, — deyə xəbərdə qeyd olunub.Bildirilir ki, Əl-Omar bazasında hazırda cəmi 50 amerikalı hərbçi qalıb.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO
Azərbaycanın təbii və mədəni irsi - VİDEO
Papa Fransiskin məzarında kobud yazı səhvi aşkarlandı - FOTO