"İş siyasidən daha çox klinik xarakter daşıyır və biz sadəcə Zori Balayandan qaynaqlanan xəstə psixoloji asılılıqla mübarizə aparırıq."
Moderator.az xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” Partiyasının sədr müavini Ruben Mehrabyan “ Haykakan Jamanak ”a müsahibəsində Azərbaycanda ləğv olunmuş, lakin Putin Rusiyası və Ermənistanın irqçi, revanşist dairələri üçün yaşayan separatçı-terrorçu rejimin qondarma "təhlükəsizlik şurası"nın keçmiş katibi Vitali Balasanyanın Vladimir Putinə ünvanladığı məktubunu şərh edərkən söyləyib.
Mehrabyan deyir ki, baş verənlərə baxmayaraq, gözü olanlar görmür, qulağı olanlar eşitmir, başı olanlar isə yoxluğa bərabərdir. Bu, sadəcə olaraq erməni xalqı üçün utancverici və alçaldıcıdır.
Onun sözlərinə görə, rusların düşüncələri və niyyətləri dəyişməyib. İndi onları qapıdan qovduqları üçün havalandırma deşikindən içəri girmək üçün bir yol tapmağa çalışırlar. Havalandırma kanalını bağlasaq, kanalizasiyadan içəri girməyə çalışacaqlar.
"Bu gün Ermənistanda biz ya parazitləri məhv edəcəyik, ya da onlar dövləti məhv edəcəklər", - deyə R.Mehrabyan vurğulayıb.
S.Laçın