AZ

Türk dünyasının birliyini qorumaq hər birimizin borcudur - Aygün Əliyeva

Bakı. Trend:

Türk dünyasını birləşdirən təkcə ortaq tarix deyil, həm də ümumimənəvi dəyərlərdir. Bizim üçün hər bir türk yurdu eyni taleyibölüşdüyümüz bir ana nəfəsi qədər doğmadır.

Trend xəbər verirki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva "Dildə, fikirdə,əməldə birlik – Türk dünyasının gələcəyi" mövzusunda panel iclasdabildirib.

O qeyd edib ki, zaman-zaman türk xalqları bir-birindən ayrısalınmağa çalışılsa da, onlar tarixin bütün sınaqlarından üzüağçıxmağı bacarıblar: “Çünki biz həm qılıncı, həm qələmi, həm dəkönülü ilə tarix yazan millətik. Nə xoş ki, bu gün Türk dünyasıartıq bir xəyal deyil, reallıqdır, tarixi missiyadır. Bu, gələcəknəsillərə ötürməli olduğumuz müqəddəs bir mirasdır. Biz hər birimizbu mirası qoruyaraq mədəniyyətimizi, dilimizi, adət-ənənəmizi,birliyimizi və gücümüzü yaşatmalıyıq”.

Aygün Əliyeva Vətən müharibəsində əldə olunan şanlı Qələbənintəkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəri olduğunuvurğulayıb.

“Bu müharibədən sonra regionda yeni reallıqlar formalaşıb.Türkiyənin bölgədə mövcudluğu və Azərbaycanın digər türk dövlətləriilə sosial-iqtisadi sahələrdə əməkdaşlığı gücümüzə güc qatıb. Yaxıngələcəkdə reallaşacağına sonsuz inam bəslədiyimiz Zəngəzur dəhliziisə böyük Türk dünyasının körpüsüdür. Biz Zəngəzur dəhlizini böyükTuran yolunun ayrılmaz tərkib hissəsi hesab edirik”, – deyə AygünƏliyeva bildirib.

Seçilən
0
8
az.trend.az

9Mənbələr