Son 24 saat ərzində Xarkov vilayətinin atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 48 nəfər yaralanıb,.
7Times.az xəbər verir ki, bunu vilayət administrasiyasının rəhbəri Oleq Sinegubov şənbə günü səhər bildirib.
Xarkovda yaşayış binalarına, uşaq bağçasına, 17 avtomobilə, təhsil müəssisələrinə, qarajlara və fərdi yaşayış evlərinə ziyan dəyib. Sinegubovun sözlərinə görə, bölgənin üç rayonunda mülki infrastruktura da hücum edilib.
Cümə günü axşam saatlarında Xarkova dronlarla zərbə endirilib. Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında yazıb: “Hərbi hədəflər yox idi və ola da bilməzdi”.