Sumqayıt şəhəri və Abşeron rayonunda satmaq öhdəliyi ilə yeni mənzillərin kirayəyə verilməsinə başlanılacaq.
Bu barədə İqtisadiyyat.az İpoteka və Kredit Zəmanət Fondundan məlumat əldə edib.
Məlumata görə, İKZF satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınması ilə bağlı hazırlıqlara başlayıb.
Qeyd edilir ki, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğun olaraq vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə yaşayış sahələrinin satın alınması nəzərdə tutulur.
Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisi və ona birbaşa həmsərhəd olan Abşeron rayonunun tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcəkdir.
İştirakçılar tərəfindən satınalma predmetinin ümumi həcmindən daha az həcmdə yaşayış sahəsi təklif edildikdə Satınalan təşkilat bu təkliflər üzərindən qiymətləndirmə edərək qalibi müəyyən edir. Bu halda təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 50000 kv.m-dən az olmamalıdır.
İKZF ümumilikdə 100 min kvadrat metr sahəyə malik yaşayış sahələrinin alınmasına 214 milyon manata yaxın vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta