
“Türk Dövlətləri Təşkilatı (TDT) təkcə regional bir təşkilat deyil, həm də strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir. Türk Dövlətləri Təşkilatı enerji təhlükəsizliyindən rəqəmsallaşmaya, qlobal transformasiyaya qədər bir sıra sahələrdə əməkdaşlığı özündə ehtiva edir. TDT dialoq kanallarını genişləndirmə platformasıdır. Türkiyə olaraq biz türk dünyası regionunda sülh və sabitliyi dəstəkləyirik. Bununla yanaşı, media, mədəniyyət və incəsənət sahəsində türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsini təşviq edirik” .