AZ

“TikTok”un baş icraçı direktoru öz övladlarına tətbiqdən istifadə etməyə icazə vermir – SƏBƏB

“TikTok”un baş icraçı direktoru öz övladlarına tətbiqdən istifadə etməyə icazə vermir.

NOCOMMENT.az xəbər verir ki, “TikTok” platformasının baş icraçı direktoru Şou Zi Çu hazırda 19 milyona yaxın baxış toplayan bir videoda bildirib ki, səkkiz və altı yaşlı övladlarının “TikTok” hesabı yoxdur, çünki onların bu tətbiqdən istifadə etməsi üçün yaşları çatmır, yetərincə yaşlı deyillər.

O, məsələni belə izah edib: Çin qanunvericiliyinə əsasən, 13 yaşdan aşağı şəxslərin bu tətbiqdən istifadəsinə icazə verilmir. Bu, bəzi Qərb ölkələrindən fərqlidir, çünki həmin ölkələrdə daha yumşaq məhdudiyyətlər tətbiq olunur.

Müsahibəsində Şou Zi Çu əlavə edib: “ABŞ-da əgər siz 13 yaşdan aşağısınızsa, çox məhdudlaşdırılmış bir versiyadan istifadə edə bilərsiniz. Dünyanın bir çox ölkəsində isə 13 yaşdan aşağı istifadəçilərə ümumiyyətlə icazə verilmir.”

Seçilən
0
1
nocomment.az

2Mənbələr