AZ

Zelenski Putinin təklifini rədd etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin 9 Mayla bağlı üç günlük atəşkəs təklifini qəbul etməyib.

Demokrat.az xəbər verir ki, Ukrayna lideri 30 günlük atəşkəsə təkid edib.

Zelenski onu da qeyd edib ki, Ukrayna 9 May paradı üçün Moskvaya gələcək dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib. Bildirilib ki, Putinin qərarına əsasən, Rusiya Federasiyası mayın 8-i saat 00:00-dan mayın 11- saat 00:00-ə qədər atəşkəs elan edir.

Qeyd olunub ki, Rusiya Federasiyası Ukrayna ətrafındakı vəziyyətlə bağlı beynəlxalq tərəfdaşlarla konstruktiv qarşılıqlı fəaliyyətə hazırdır.

Seçilən
0
14
demokrat.az

10Mənbələr