AZ

Binəqədi və Qaradağ rayonlarında silah-sursat aşkarlanıb

DİN: Binəqədi və Qaradağ rayonlarında silah-sursat aşkarlanıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində paytaxtın Binəqədi və Qaradağ rayonlarında 3 avtomat silahı, 5 qumbara, 3 patron darağı və 46 ədəd patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

Seçilən
0
21
operativmedia.az

10Mənbələr