İtaliya A seriyasında mübarizə aparan "Torino"nun baş məşqçisi Paolo Vanoli "Venesiya" ilə oyun zamanı huşunu itirib.
Offsideplus.az xəbər verir ki, hadisə rəqibin qapısına penalti təyin edildikdən sonra baş verib.
11 metrlik cərimə zərbəsi yerinə yetilməmişdən öncə yetirmələrinə göstəriş verən Vanoli gözlənilmədən yerə yıxılıb.
O, bir neçə saniyə yerdə qalıb.
Matçdan sonra həkim müayinəsindən keçən çalışdırıcının həyatı üçün təhlükə aşkarlanmayıb. Onun təzyiqinin aşağı düşməsinə görə səhhətində problem yarandığı bildirilib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə nəticələnib.